• Bakı C

    10.63 m/s

  • USD - 1.7

    EUR - 1.7789

    RUB - 1.619

Suriya kürdləri ABŞ-dən kömək istəyirlər

DÜNYA

14 Dekabr 2024 | 15:11

Suriya kürdləri ABŞ-dən kömək istəyirlər

Qondarma “Suriya Demokratik Qüvvələri” (SDQ-terrorçu PKK təşkilatının Suriya qolu) Türkiyəyə “təzyiq göstərmək” üçün Vaşinqtonun dəstəyinə ümidlidirlər.

Bakıvaxtı.az xəbər verir ki, Suriya kürdlərinin “komandiri” Məzlum Abdinin bəyanatına istinadən “The Wall Street Journal (WSJ)” nəşri belə məlumat yayıb.

“Ümid edirəm ki, ABŞ regionumuza bu hücumları (Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusunun hücumu nəzərdə tutulur – red. ) dayandırmaq üçün kifayət qədər siyasi təzyiq göstərəcək. Bu hələ kifayət dərəcədə olunmur”, - Məzlun Abdi deyib.

WSJ-nin məlumatına görə, 900-dən çox ABŞ əsgəri Suriyanın şimal-şərqində və şərqində (kürdlərin ələ keçirdiyi zona) İŞİD-ə qarşı mübarizə aparır. Mənbələr mübarizəni davam etdirmək üçün onların orada qalacağını iddia edirlər.

Son günlər SDQ Suriyanın Mənbic və Deyr əz-Zor şəhərləri də daxil olmaqla, bir neçə bölgəyə nəzarəti itirib. Hər iki yaşayış məntəqəsinə daxil olublar. Abdi iddia edir ki, kürdlər Dəməşqdə SDQ ilə yeni hakimiyyət arasında danışıqlar aparmağı planlaşdırırlar.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Esenboğa hava limanında ABŞ-nin Dövlət katibi Antoni Blinkenlə keçirdiyi görüşdə ölkəsinin Milli Təhlükəsizliyinin təminatı çərçivəsində Suriyada fəaliyyət göstərən PKK/PYD/YPG və İŞİD terror təşkilatlarına qarşı tədbirlər görəcəyi barədə xəbərdarlıq edib.(azvision.az)


SON XƏBƏRLƏR

14 Dekabr 2024