Donald Tramp ABŞ Milli Kəşfiyyatın keçmiş direktoru Riçard Qrenellin prezidentin xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsinə namizədliyini irəli sürüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, Qrenell Venesuela və Şimali Koreya da daxil olmaqla dünyanın ən qaynar nöqtələrində işləməli olacaq.
Qeyd edək ki, Riçard Qrenell həm də ABŞ-ın Almaniyadakı səfiri olub.