ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoymaq planları və Rusiya lideri Vladimir Putinlə mümkün görüş barədə yeni açıqlama verib.
Bakıvaxtı.az xəbər verir ki, Tramp Newsmax-a müharibəni bitirmək üçün strategiyası ilə bağlı sualı cavablandırıb:
"Yaxşı, yalnız bir strategiya var və bu, Putindən asılıdır. Onun hadisələrin gedişindən həyəcanlandığını təsəvvür edə bilmirəm, çünki bu, onun üçün də eyni şəkildə keçdi".
Putinlə gözlənilən görüşdən danışan Tramp gözlənilən tarixləri açıqlamasa da, vəzifəyə gəldikdən sonra bunu ən qısa zamanda etməyi planlaşdırdığını qeyd edib.
Murad Məmmədli