Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Rusiya bölgələri üzərində Ukraynaya məxsus 83 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bildirib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, PUA-lardan 37-i Bryansk, 24-ü Kursk və Lipetsk, 9-u isə Tver vilayəti üzərində vurulub.
Qeyd olunub ki, PUA-nın Belqorod, Kaluqa, Smolensk və Voronej vilayətlərinə edilən hücumları da dəf edilib.
Nuriyyə Musayeva