• Bakı C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

Poroşenkoya yeni sanskiyalar tətbiq edildi

DÜNYA

13 Fevral 2025 | 00:36

Poroşenkoya yeni sanskiyalar tətbiq edildi

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası keçmiş prezident Pyotr Poroşenkoya qarşı sanksiyalar tətbiq edib. 

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Poroşonko ona qarşı sanksiyalar tətbiq edilməsini təxribat və cinayət adlandırıb. Keçmiş Ukrayna lideri bu barədə öz Telegram kanalında yazıb.

“Bu, mənə yeni xəbər kimi gəlmədi. Məndə bu təxribatın hazırlanması ilə bağlı bütün məlumatlar var idi, amma sona qədər sağlam düşüncənin qalib gələcəyinə inanırdım. Amma sağlam olmayan düşüncə qalib gəldi”, - deyə Poroşenko bildirib.

Poroşenko bu hərəkətlərə görə Zelenskini məsuliyyətli adlandırıb. Eks-prezident onu müharibə zamanı korrupsiyada və səhvlərinə görə məsuliyyəti onun üzərinə atmağa çalışmaqda da ittiham edib.


SON XƏBƏRLƏR

12 Fevral 2025