• Bakı 27° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Rusiyadan sülh sazişi ilə bağlı açıqlama: Alqışlayırıq!

DÜNYA

14 Mart 2025 | 21:31

Rusiyadan sülh sazişi ilə bağlı açıqlama: Alqışlayırıq!

Rusiya Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya ikitərəfli münasibətlərin normallaşdırılması məqsədilə Azərbaycan və Ermənistan nümayəndələri arasında təmaslar üçün platforma yaratmağa hazırdır.

Zaxarova onu da deyib ki, Moskva Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına və regionda nəqliyyat kommunikasiyalarının bərpa edilməsinə yardım göstərməyi hədəfləyir.


SON XƏBƏRLƏR

18 Iyul 2025