• Bakı C

    0.14 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

"ABŞ NATO-dan çıxmağı planlaşdırmır" - Pit Heqset

DÜNYA

13 Fevral 2025 | 07:00

ABŞ NATO-dan çıxmağı planlaşdırmır - Pit Heqset

"ABŞ NATO-dan çıxmağı planlaşdırmır, lakin Avropa ilə münasibətlərdə Brüsselin Vaşinqtondan asılılığını artıran balanssızlığı qəbul etməyəcək".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Brüsseldə Ukraynaya silah tədarükünü əlaqələndirən Qərb təmas qrupunun iclasında bildirib.

O, ABŞ-nin NATO-ya və Avropa ilə müdafiə sahəsində tərəfdaşlığa sadiq qalacağını qeyd edib.

"Bizim münasibətlərimizdə prioritet Avropanı gücləndirmək olmalıdır ki, onlar öz təhlükəsizliyinə görə məsuliyyəti öz üzərlərinə götürsün", - hərbi departamentinin rəhbəri vurğulayıb.

O, həmçinin Avropanı müdafiə sahəsinə daha çox xərcləməyə çağırıb.

"Ümumi daxili məhsulun 2%-i kifayət deyil. Prezident Tramp 5% təklif edib və mən bununla razıyam", - Heqset bildirib.


SON XƏBƏRLƏR

12 Fevral 2025