• Bakı 21° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

"Coca-Cola" plastik butulkalarda içki istehsalını artıracaq

DÜNYA

13 Fevral 2025 | 05:14 | Müəllif: Gülşən Şərif

"Coca-Cola" plastik butulkalarda içki istehsalını artıracaq

ABŞ-nin içki istehsalçısı "Coca-Cola" alüminium qiymətlərinin artmağa davam edəcəyi təqdirdə, plastik butulkalarda içki istehsalını genişləndirə biləcəyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Şirkətin baş direktoru Ceyms Kuinsi bildirib ki, "Coca-Cola" bankalar üçün alüminiumu Kanadadan alır və qiymət artımını kompensasiya etmək üçün alternativ həll yolları axtarmağa məcburdur. Onun sözlərinə görə, alüminium qutuların bahalaşması halında, diqqət plastik butulkalarda istehsala yönəldiləcək.

"Məsələn, alüminium qutular bahalaşarsa, plastik şüşələrə daha çox diqqət yetirə bilərik", – deyə Kuinsi vurğulayıb.

Bununla yanaşı, o, qablaşdırma xərclərinin ümumi xərclərin yalnız kiçik bir hissəsini təşkil etdiyini qeyd edərək, tariflərin şirkətin biznesinə ciddi təsir göstərməyəcəyini bildirib. O vurğulayıb ki, alüminiumun qiyməti 25% artsa belə, bu, "Coca-Cola"nın çoxmilyardlıq yerli istehsalında köklü dəyişikliklərə səbəb olmayacaq, çünki qablaşdırma ümumi xərclərin yalnız kiçik bir hissəsini təşkil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026