• Bakı 27° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

London Kiyevə yeni hərbi yardım paketi ayırır

DÜNYA

12 Fevral 2025 | 23:58

London Kiyevə yeni hərbi yardım paketi ayırır

Böyük Britaniya Ukraynaya pilotsuz uçuş aparatları və tanklar da daxil olmaqla yeni hərbi yardım paketi göndərməyi qərara alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

“150 milyon funt sterlinq (təxminən 186 milyon ABŞ dolları – red.) dəyərində yeni hərbi yardım paketinə dronlar, tanklar və hava hücumundan müdafiə sistemləri daxildir”, – bəyanatda qeyd olunub.

Bildirilib ki, yardım paketinə minlərlə dron, onlarla tank və zirehli texnika, həmçinin Ukraynanın mövcud hərbi texnikasının texniki qulluğu üçün böyük müqavilələr daxildir.


SON XƏBƏRLƏR

18 Iyul 2025