• Bakı C

    10.71 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

İran və "Avropa üçlüyü" arasında danışıqların dördüncü raundu keçiriləcək

DÜNYA

14 Yanvar 2025 | 10:50

İran və Avropa üçlüyü arasında danışıqların dördüncü raundu keçiriləcək

Cenevrədə İran və "Avropa üçlüyü" ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) arasında danışıqların üçüncü raundu keçirilib və tərəflər məsləhətləşmələri davam etdirməyə razılaşıblar.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə görüşdə iştirak edən İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi məlumat verib.

"Biz razılaşmaya nail olmaq üçün zəruri olan iki sahədə - sanksiyaların aradan qaldırılması və nüvə məsələləri üzrə müxtəlif məqamları müzakirə etdik. Belə nəticəyə gəldik ki, danışıqlar bərpa edilməli, razılaşmaya nail olmaq üçün isə bütün tərəflər müvafiq atmosfer yaratmalı və qorumalıdır. Danışıqlar davam etdiriləcək", - nazir müavini "X" sosial şəbəkəsində yazıb.

İran və Avropa nümayəndələri arasında danışıqlar sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının sammiti çərçivəsində diplomatlar arasında keçirilən görüşlərin davamı hesab olunur. Daha sonra, 2024-cü il noyabrın 29-da İran XİN başçısının müavinləri Məcid Təxt-Ravançi və Kazem Qaribabadi Tehranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə etmək üçün Cenevrədə Böyük Britaniya, Almaniya və Fransa nümayəndələri ilə görüşüblər.

“Farhikhtegan” qəzetinin iddiasına görə, Cenevrəyə səfərindən əvvəl Təxt-Ravançi Norveç tərəfinin təşəbbüsü ilə Osloya gedərək ABŞ ilə gələcək danışıqlar üçün zəmin yaratmaq məqsədilə bir sıra görüşlər keçirib.


SON XƏBƏRLƏR

14 Yanvar 2025