İran təzyiqlər altında ABŞ ilə danışıqları qəbul etməyəcək.
Bakıvaxtı.az İRNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sərəncamına cavabında bildirib.
Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp İrana “maksimum təzyiq” siyasətinə dair sərəncam imzalayıb.
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian Vaşinqtonun Tehrana yönəli düşmənlik siyasətini ittiham edib. O vurğulayıb ki, hökuməti problemlərin həlli üçün danışıqlara hazırdır. Məsud Pezeşkian nəyin bahasına olursa olsun prinsipi ilə danışıqları qəbul etmədiklərini qeyd edib: “ABŞ Prezidenti Donald Tramp danışıqlar təklif edir. O biri tərəfdən isə bu prosesi bloklayır və bizi dayandırır. Əgər siz danışıqlar istəyirsizsə, onda bunu niyə edirsiz?”.
Məsud Pezeşkian prezident seçkiqabağı təşviqat kampaniyası zamanı danışıqlarla bağlı verdiyi vəddən bəhs edərək deyib: “Seçkiqabağı kampaniyada danışıqlara gedəcəyimi boyun olmuşam. Demək istəyirəm ki, biz danışıqları nəyin bahasına olursa, olsun istəmirik”.