Cənubi Koreya Respublikasının cənub-qərb sahillərində balıqçı gəmisində baş verən yanğın nəticəsində altı nəfər itkin düşüb.
Bu barədə Bakıvaxtı.az “Yonhap” agentliyinə istinadən xəbər verir.
Yerli vaxtla təxminən 08:39-da sahil mühafizəsi Seuldan təxminən 200 km cənub-qərbdə yerləşən Çolla-Pukto əyalətinin Puan qəzasının sahillərində 34 tonluq balıqçı gəmisinin yanması barədə məlumat alıb.
Gəminin göyərtəsində 11 nəfər olub. Onlardan beşini xilas etmək mümkün olub.
Sahil mühafizəsi hadisə yerinə 10 patrul kateri göndərib və yaxınlıqdakı gəmilərdən kömək istəyib.