ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən imza mərasimində mətbuat mənsubları ilə gündəmi dəyərləndirib.
Bakıvaxtı.az bu barədə CNN-ə istinadla xəbər verir.
O, Rusiya prezidenti Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə ayrı-ayrılıqda telefonla danışdığını qeyd edib. Bildirib ki, Rusiya-Ukrayna müharibəsinə son qoyulması ilə bağlı mühüm müzakirələr aparılıb.
ABŞ prezidenti həm Putin, həm də Zelenski ilə üz-üzə görüşəcəklərini qeyd edib:
"Biz əslində Putinin bura gəlməsini gözləyirik, mən də ora gedəcəm, amma yəqin ki, Səudiyyə Ərəbistanında da görüşəcəyik".
Əli Hüseynov