Ermənistanın baş naziri Nikol Paşinyan yaxın aylarda istefa verəcək.
Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, belə iddia ilə Paşinyanın keçmiş silahdaşı, deputat Ovik Ağazaryan çıxış edib.
O, bunu ölkədə növbədənkənar seçkilərin keçirilməsinin planlaşdırılması ilə əlaqələndirib.