Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyanı vəzifəsindən azad etmək niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Paşinyan bu vəzifəyə MTX rəhbərinin müavini Andranik Simonyanı təyin etməyi planlaşdırır.
KİV-in məlumatına görə, Paşinyan xidmətin hazırkı rəhbərinə etibar etmir və artıq uzun müddətdir ki, Abazyana verdiyi göstərişləri Simonyana da verir. MTX rəhbəri Paşinyanın siyasi göstərişlərini qeyd-şərtsiz yerinə yetirmir, onları Simonyan həyata keçirir.
Qeyd olunur ki, Abazyan Rusiyapərəst məmur hesab olunur və sistemin əvvəlki rəhbərləri kimi əsasən Rusiyada, xüsusilə Federal Təhlükəsizlik Xidmətinin Akademiyasında təhsil alıb. “O, bu səbəbdən öz vəzifəsində qalmaqda davam edir və Paşinyana onu işdən çıxarmağa icazə vermirlər”, - KİV vurğulayır.