"2025-2027-ci illər ərzində Xankəndi, Şuşa və Xocalıda Qarabağ Universitetinin filiallarının yaradılması gözlənilir".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.
O bildirib ki, Şuşada turizm, Xocalıda isə kənd təsərrüfatı fakültəsinin yaradılması planlaşdırılır:
Qarabağ universitetinin Bakıda yaradılması məsələsi hələ ki gündəmdə deyil. Hazırda 280 nəfər xaricdə doktorantura təhsili alır. Bu il 20 faiz gəncin xaricdə doktorantura təhsili maliyyələşdiriləcək".
Nazir bildirib ki, artıq "Sabah" qrupları köhnə metoddur. O qeyd edib ki, həmin qruplar 2015-ci ildə yaranıb, o qrupları "Yeni Sabah" qrupları ilə fərqli metodla əvəz etmək lazımdır./Milli.az