“Ankaralı Turqut” ləqəbi ilə tanınan Türkiyənin məşhur müğənnisi Turqut Karataş vəfat edib.
Bakıvaxtı.az “Milliyet”ə istinadən xəbər verir ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən sənətçi 61 yaşında dünyasını dəyişib.
Noyabrın 5-dən xəstəxanada olan müğənni reanimasiyada həyatını itirib.