Aktyor Cavidan Novruz həmkarı Ənvər Abbasovdan üzr istəyib.
Bakıvaxtı.az xəbər verir ki, aktyor bu barədə "İnstagram" səhfəsində bildirib.
"Dostlar, qardaşlar arasında inciklik ola bilər. Amma vacibdir ki, bu inciklik heç vaxt gərəksiz kinə və düşmənçiliyə çevrilməsin. Allaha çox şükür, biz elə insanlar deyilik.
Mərhum dostumuz Azər Baxşəliyevin vəfatından sonra bir şeyi dərk etdim: həyat, həqiqətən, mənasız və boşdur. Bu gündən sabaha heç bir zəmanət yoxdur. Hər şeyi mənim çılğınlığıma və səbirsizliyimə buraxın. O vaxt yaşanan incikliyimdə əslində Ənvərin heç bir günahı olmayıb. Çünki o, mənə nədənsə etiraz etmişdi, lakin eyni zamanda uyğun bir alternativ təklif etmişdi. Sadəcə olaraq, mənim əsəbi halım və unutqanlığım səbəbindən bunu nəzərə almadım. Verdiyim müsahibədə nə danışmışdımsa, onu da yayımlayıblar. Orada heç bir montaj olmayıb.
Bu məsələdə yalnız mənim günahım olub, başqa heç kimin yox. Hadisə bir tərəfli görünürdü, haqq mənim tərəfimdə kimi təsvir edilirdi. Amma Ənvərin də öz mövqeyində haqlı olduğu məqamlar var idi. Buna görə də bu hadisəni sadəcə bir anlaşılmazlıq kimi görürəm. Tamaşaçılardan və Ənvərdən üzr istəyirəm", - deyə Cavidan yazıb.