İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla telefon danışığı olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin müşaviri Dmitri Gendelman deyib.
Onun sözlərinə görə, telefon danışığı dekabrın 14-ü axşam saatlarında baş tutub:
“Söhbət zamanı onlar digər məsələlərlə yanaşı, girovların geri qaytarılması səylərini, həmçinin Suriya və Qəzzada regional hadisələri müzakirə ediblər”.