Suriyada 61 illik Əsəd rejiminin devrilməsindən sonra hakimiyyətə gələn Əhməd əl-Şaraa (Culani) Türkiyəyə nümayəndə heyəti göndərir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, Suriya rəsmilərinin Türkiyəyə səfəri sabah üçün planlaşdırılıb.
İlk dəfə Türkiyəyə rəsmi səfər edəcək səlahiyyətli şəxslər arasında ölkənin xarici işlər naziri Həsən əş-Şeybani, müdafiə naziri Murhaf Əbu Kəsra və kəşfiyyat rəhbəri Enes Hattab var.
Əhməd əl-Şaraanın isə Türkiyəyə səfər edib-etməyəcəyi hələ ki bəlli deyil.