Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanda səfərdədir.
Bakıvaxtı.az “Anadolu”ya istinadən xəbər verir ki, Ərdoğan səhər saatlarında Baş nazir Şahbaz Şəriflə görüşmək üçün Baş nazirlik binasına doğru yollanarkən, onu marşrut boyu Pakistana xas nümayişçilər və yerli geyimli qruplar qarşılayıb.
Türkiyə və Pakistan bayraqları ilə bəzədilmiş marşrutdan keçən Ərdoğanı Baş nazirlik binasına gələrkən Baş nazir Şərif qarşılayıb.
Ərdoğan və Şərif mərasim sahəsində yerlərini aldıqdan sonra iki ölkənin dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsini keçən Ərdoğan əsgərləri salamlayıb.
Daha sonra Ərdoğan və Şərif Pakistan Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi uçuşu izləyiblər.
Ölkələrin nümayəndə heyətlərinin təqdimatının ardından Ərdoğan və Şərif ikitərəfli və heyətlərarası görüşlərə keçiblər.
Görüşdən sonra prezident Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasına qatılacaq.
Görüşdən sonra Ərdoğan və Şərifin birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.