Rusiyanın Perm diyarının Solikamsk rayonunda yerləşən "Uralkali" şaxtasında dağ süxuru uçub.
Bakıvaxtı.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu regionun qubernatoru Dmitri Mahonin bildirib.
Onun sözlərinə görə, iki nəfər həlak olub.
KİV-in məlumatına görə, hadisə 48 metr dərinlikdə baş verib.