ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınlarının vurduğu zərər 250-275 milyard dollara çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “AccuWeather” konsaltinq şirkətinin hesabatında deyilir.
“Cənubi Kaliforniyada təbiət yanğınlarının sürətlə yayılması səbəbindən ümumi zərər və iqtisadi itkilərin ilkin hesablamaları 250- 275 milyard dollara yüksəlib”, - deyə hesabatda bildirilir.
Qeyd edək ki, yanvarın 7-də Los-Anceles dairəsində başlayan meşə yanğınları ştat tarixinin ən böyük yanğını hesab olunur. Hakimiyyət orqanlarının məlumatına görə, hazırda yanğınların ümumi sahəsi 16 min hektarı ötüb. Təbii fəlakət nəticəsində azı 24 nəfər həlak olub, məşhur şəxslərin evləri də daxil olmaqla, 12,3 mindən çox bina yanıb.
Meteoroloqlar yanğının sürətlə yayılmasına quru və küləkli havanın səbəb olduğunu deyirlər.