Kuba Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırılan soyqırım iddiasına görə hüquqi addım atıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Kuba hökuməti Cənubi Afrikanın 1948-ci il tarixli "Birləşmiş Millətlər Soyqırımın Qabağını Alma və Cəzalandırma Sazişi" çərçivəsində İsrail əleyhinə başladığı hüquqi prosesə qoşulacağını açıqlayıb.
Açıqlamada İsrailin on illərdir Fələstin xalqına qarşı apardığı soyqırım siyasətinə diqqət çəkilib. Kuba hökuməti Fələstinlilərin öz müqəddəratını təyin etmə haqqı və işğal altındakı torpaqlarda müstəqil Fələstin dövləti qurma istəyi ilə bağlı İsrailin soyqırım siyasəti həyata keçirdiyini bildirib.
Həmçinin, Qəzza Zolağında davam edən hücumlara və İsrailin apardığı rejim siyasətinə də toxunulub, bunun ümumi soyqırım siyasətinin bir hissəsi olduğu vurğulanıb.
Əli Hüseynov