Qəzza zolağında girov saxlanılan israillilərin yaxınları Tel-Əvivdə etiraz aksiyası keçirərək, HƏMAS-la əsir mübadiləsi sazişinin tam icrasını tələb ediblər.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, aksiya iştirakçıları Ayalon avtomagistralının cənub istiqamətini bağlayaraq İsrail hökumətinə çağırış ediblər. Onlar girovların fotolarını qaldıraraq, onların dərhal azad olunmasını tələb ediblər.
Bu etirazlar, HƏMAS-ın 15 fevralda baş tutmalı olan əsir mübadiləsini dayandırması fonunda baş verib. Qrup, İsrailin atəşkəs şərtlərinə əməl etmədiyini iddia edərək prosesi dayandırdığını açıqlayıb.
İsrail Baş naziri Benyamin Netanyahu isə girovlar azad edilməsə, atəşkəsin bitəcəyini və ordunun Qəzzəyə güclü hücum edəcəyini bildirib.
Nuriyyə Musayeva