• Bakı C

    10.87 m/s

  • USD - 1.7

    EUR - 1.7789

    RUB - 1.619

Əsədin əsgərləri İraqa QAÇDI

DÜNYA

15 Dekabr 2024 | 13:09

Əsədin əsgərləri İraqa QAÇDI

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya ordusunun 2100 hərbçisi İraqın Ənbar vilayətinin Rutba rayonuna qaçıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu İraqın Suriya sərhədində yerləşən Ənbar vilayətinin Rutba rayonunun rəhbəri İmad əl-Duleymi bildirib.

Onun sözlərinə görə, Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə rejim əsgərləri İraqa qaçmağa davam edir.

Həmin hərbçilərin vəziyyəti ilə bağlı məlumat verən əl-Duleymi, əsgərlərin Rutba rayonunun 70 kilometrliyindəki Marsanat hava limanına yerləşdirildiyini deyib.

Qaçan hərbçilərin çadırlara sığındığını, bölgədə elektrik, su və istilik imkanlarının kifayət qədər olmadığını vurğulayan əl-Duleymi, onların əksəriyyətinin ölkələrinə qayıtmaq istədiklərini bildirib.


SON XƏBƏRLƏR

14 Dekabr 2024