• Bakı 12° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.7922

    RUB - 0.0172

İran XİN: "Tehran beynəlxalq təzyiqlərə boyun əyməyəcək"

DÜNYA

15 Noyabr 2024 | 15:22

İran XİN: Tehran beynəlxalq təzyiqlərə boyun əyməyəcək

"İran nüvə proqramı ilə bağlı danışıqlara açıq olsa da, beynəlxalq təzyiqlərə boyun əyməyəcək".

Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, bunu Tehranda Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi ilə görüşündən sonra İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Onun sözlərinə görə, İran məcburi şərtlər altında danışıqlar aparmayacaq:

"İrannın milli maraqları və hüquqları qorunduğu təqdirdə danışıqlara açıqdır. Lakin təzyiq və təhdidlər altında danışıqlara getməyəcək".

Gülşən Şərif


SON XƏBƏRLƏR

15 Noyabr 2024