Mülki Müdafiə qrupları İsrailin maneələri səbəbindən qruplar 24 gündür Qəzzanın şimalında fəaliyyət göstərə bilmir.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, məlumatda İsrail ordusunun maneələri səbəbindən mülki müdafiə qruplarının 24 gündür Qəzzanın şimalında fəaliyyət göstərə bilmədiyi və bölgə xalqının bütün humanitar və səhiyyə xidmətlərindən məhrum olduğu vurğulanıb.
Bəyanatda həmçinin beynəlxalq təşkilatlardan İsrailin Qəzzanın şimalında davam edən cinayətləri səbəbiylə tələyə düşmüş minlərlə fələstinlinin əzabını yüngülləşdirmək üçün hərəkətə keçməyə və mülki müdafiə qruplarının fəaliyyətinə başlamağa dair çağırış edilib.
Əli Hüseynov