• Bakı 18° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Kürdə suyun səviyyəsi artdı

CƏMİYYƏT

16 Oktyabr 2024 | 18:37

Kürdə suyun səviyyəsi artdı

Son günlər yağan yağıntılarla əlaqədar yerli və transsərhəd çaylarda sululuğun artımı müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bunu report-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

O bildirib ki, bu gün transsərhəd Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 6 sm artıb və hazırda çayda sululuq ongünlük normadan 30% çox, ötən il ilə müqayisədə isə 10 % çoxdur: "Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 14 sm artıb və hazırda sululuq normaya yaxın, ötən il ilə müqayisədə 8 % çoxdur. Araz çayının Qıvraq məntəqəsində isə suyun səviyyəsi 9 sm artıb".

Mərkəz direktoru qeyd edib ki, bəzi yerli çaylarda da suyun səviyyəsində artım müşahidə olunub: "Oktyabrın 20-si gündüzədək qeyri-sabit, yağıntılı hava şəraitinin davam etməsi ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var".


SON XƏBƏRLƏR