• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Sabah Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

CƏMİYYƏT

16 Oktyabr 2024 | 17:55 | Müəllif: Əli Hüseynov

Sabah Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bakıvaxtı.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Nəsimi rayonunun M. Qaşqay və S. Əsgərova küçələrinin kəsişməsində siyirtmənin əvəz olunması məqsədilə oktyabrın 17-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə M. Qaşqay, Ə. Qasımzadə, N. Vəzirov, H.Sarabski, M. Kaveroçkin, Dağıstan, İ.Həmidov, E.Tağızadə, S.Rüstəm, V. Plotnikov, R.Axundov, S.Zeynalov, M.Rəfili, Ş.Əzizbəyov, A. Bakıxanov, Q.Quliyev, H.Ələsgərova, İ.Qasımov küçələrinin, həmçinin Vaqif və Azadlıq prospektlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026