• Bakı 18° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Hüseyn Həsənovun 10 milyonunu aldılar

ŞOU

16 Oktyabr 2024 | 19:25

Hüseyn Həsənovun 10 milyonunu aldılar

Rusiyanın Kalmıkiya bölgəsindən olan sahibkar Yuliya Milçenko Moskva Arbitraj Məhkəməsində azərbaycanlı bloger Hüseyn Həsənova qarşı iddia qaldırıb.

Bakıvaxtı.az xəbər verir ki, məhkəmə qadın sahibkarın iddiasını təmin edib və Həsənovun keçmiş şirkəti "Banda" MMC-dən 10 milyon rubldan çox (təxminən 175 min manat) pulu geri alıb.

Məlumata görə, iddia pullu xidmət müqaviləsi üzrə 9,9 milyon rubl borc və həmin borcun 120 min rubl (2100 manat) faizinin qaytarılması üçün qaldırılıb. Birinci instansiya məhkəməsi onu tam təmin edib.

Məhkəmə materiallarında Həsənov dörd şirkətin təsisçisi kimi qeyd edilib: Əsas fəaliyyəti konsaltinq və informasiya xidmətlərinin göstərilməsi olan "Banda" MMC, "Hyde" MMC - bərbər və gözəllik salonu xidmətləri, "Red Box Trading" MMC - ictimai iaşə müəssisələri və ləğvetmə prosesində olan "Banda Foods" MMC.

Bu günə qədər bloger bütün bu cəmiyyətlərin üzvlüyündən çıxıb./lent.az


SON XƏBƏRLƏR