• Bakı 18° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Bayden Ukraynaya 425 milyonluq yardımı elan etdi

DÜNYA

16 Oktyabr 2024 | 22:03

Bayden Ukraynaya 425 milyonluq yardımı elan etdi

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya ümumi məbləği 425 milyon dollar olan yeni silah paketinin ayrılmasını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ liderinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətinin nəticələrinə dair Ağ evin mətbuat xidməti tərəfindən yayılan bəyanatda deyilir.

“Bu gün Prezident Ukraynaya 425 milyon dollar məbləğində hərbi yardım paketinin verilməsini elan edib. Bu paketə əlavə hava hücumundan müdafiə vasitələri, yer-hava sinifli döyüş sursatları, zirehli texnika və Ukraynanın təxirəsalınmaz ehtiyaclarını ödəmək üçün zəruri olan kritik əhəmiyyətli döyüş sursatları daxildir”, – Ağ evdən bildirilib.


SON XƏBƏRLƏR

16 Oktyabr 2024