Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla telefonla danışıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Prezident Putin və kansler Şolts telefonla danışıblar. Onların söhbəti təxminən bir saat davam etdi", - agentlik qeyd edib.
Bildirilir ki, siyasətçilər 2022-ci ilin dekabrından bəri ilk dəfə bir-biri ilə danışıblar.