• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Çeçenistanda "insanları korlayan" salonlar bağlanacaq

DÜNYA

15 Dekabr 2024 | 19:08 | Müəllif: Subhan Mahmudov

Çeçenistanda "insanları korlayan" salonlar bağlanacaq

Çeçenistan rəhbəri Ramzan Kadırov bölgəyə uyğun olmayan, bədən hissələrini göstərən reklamlara yol verən gözəllik salonlarının bağlanmasının vacibliyini qeyd edib. 

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, o bunu qanun pozuntusu adlandırıb. 

“Salonlarda enjeksiya edirlər, sonra problemlər yaranır və insanlar xəstəxanalara düşür. Onlar fotoşəkilləri sosial şəbəkələrə yükləyirlər, burada bədənin göstərilə bilməyən hissələrini göstərirlər. Əxlaq pozanların olduğu salonlar bağlanmalıdır”, –  deyə Kadırov "Telegram" kanalında bildirib.

O, müvafiq lisenziyası olmayan və qanun pozuntusu ilə fəaliyyət göstərən 50-dən çox aptekin bağlandığını da açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR