• Bakı C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.7789

    RUB - 1.619

Bəşər Əsədin sərvəti təxmin edildi

DÜNYA

15 Dekabr 2024 | 17:42

Bəşər Əsədin sərvəti təxmin edildi

“The Wall Street Journal” Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin mümkün mal varlığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, nəşrin məlumatına görə, Bəşar Əsədin atası Hafiz Əsəd 1970-ci ildə hakimiyyətə gəlişindən bəri geniş biznes maraqları və investisiyalar şəbəkəsi qurub. Əsədin yaxın qohumlarının beynəlxalq alışlarına Rusiyada lüks daşınmaz əmlak, Vyanada butik hotellər və şəxsi təyyarə daxildir. Əsəd ailəsinin var-dövlətinin dəqiq dəyəri və onların bölgüsü hələ də məlum deyil. Ancaq ABŞ Dövlət Departamentinin 2022-ci il hesabatına görə, Əsəd ailəsinin sərvətinin dəyərinin 12 milyard dollara çata biləcəyi təxmin edilir.

Qeyd olunur ki, bu vəsaitlərin çoxu hökumət inhisarları və narkotik ticarəti vasitəsilə əldə edilib.

Bildirilib ki, var-dövlətin idarə edilməsində əsas fiqurlardan biri prezidentin həyat yoldaşı Əsma Əsəddir.


SON XƏBƏRLƏR

14 Dekabr 2024