Rusiyanın Sovinoye bölgəsində son illərdə kəşf etdiyini açıqladığı qızıl mədənində yeni araşdırmalar aparılıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, mədəndə qızılın tam gücü ilə emalı üçün bütün lazımi işlərin tamamlandığını açıqlayan rus nümayəndələri 2030-cu ilə qədər ildə təxminən 3 ton qızılın emal ediləcəyini bildiriblər.
Rusiyada son illərdə kəşf edilən Sovinoye qızıl mədəni yatağı Sovet İttifaqından sonra ölkənin ən qiymətli qızıl ehtiyatı olaraq qeydə alınsa da, son aylarda qismən emal edilən mədəndə qızıl istehsalına başlanılıb.
Əli Hüseynov