• Bakı 18° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Azərbaycanda QIZIL BAHALAŞIR: Səbəb nədir?

CƏMİYYƏT

16 Oktyabr 2024 | 16:31

Azərbaycanda QIZIL BAHALAŞIR: Səbəb nədir?

Ən son məlumata görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,14% artaraq 2 682,7 ABŞ dollarına bərabər olub.

Əmtəə birjasında qızılın bahalaşması ölkəmizdə də qızılın qiymətinə təsirsiz ötüşməyib. Artıq müəyyən müddətdir ki, qızılın qiymətində artım müşahidə olunur. Qızıl satıcılarına görə, qızılın bahalaşması davam edəcək.

Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, aparıcı valyutalara inam azalanda, maliyyə vasitələri üzrə risklər yüksələndə, investisiyaların icrası üçün şərait daralanda qızıl ən etibarlı və yeganə yatırım vasitəsi sayılır.

Onun sözlərinə görə, qızılın qiyməti həmişə dünya iqtisadiyyatında ortaya çıxan qeyri-müəyyənliklərlə, stabilliyin pozulmasıyla əlaqədar artır:

"Son 4-5 il ərzində dünyada vəziyyət qeyri-müəyyən şərait halını alıb. Nəticədə qlobal iqtisadi sistemdə çatlar yaranıb, zəncirvari əlaqələr qırılıb. Bu vəziyyətə öncəliklə pandemiya yol açsa da, sonradan Rusiya-Ukrayna müharibəsi və hazırkı Yaxın Şərqdə mövcud vəziyyətin daha da gərginləşməsi zəmin yaradıb. Ona görə də qızıl bahalaşır. Görünən budur ki, bu, hələ davam edəcək. Belə ki, irəlidə "suların durulacağı" gözlənilmir".

Pərviz Heydərov: İrəlidə "suların durulacağı" gözlənilmir

İqtisadçı hesab edir ki, bahalaşmanın bundan sonra hansı səviyyədə təşkil edəcəyini proqnozlaşdırmaq çətindir. Ancaq yeni rekordların əldə olunacağı qaçılmazdır.

"Odur ki, ölkəmiz daxilində də eyni tendensiyanın müşahidə ediləcəyi təbii qarşılanmalıdır. Qızıldan hazırlanan bütün məmulatlar getdikcə daha yüksək qiymətlərlə təklif olunacaq. Bununla belə, əslində tələbin də genişlənəcəyi baş verməməlidir. Qızıl bahalaşır deyə, hər kəsin öz sərbəst vəsaitlərini qızıl əşyaları alıb yığmağa yönəltməsi risk sayılır", - deyə Pərviz Heydərov qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR