• Bakı 16° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Mübariz İbrahimovun atası dəfn edildi - YENİLƏNİB 

HADİSƏ

16 Oktyabr 2024 | 15:11

Mübariz İbrahimovun atası dəfn edildi - YENİLƏNİB

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov dəfn olunub.

Bakıvaxtı.az xəbər verir ki, mərhum Biləsuvar rayonu Əliabad kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində ailə üzvləri, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, o, bu gün infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq, A.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb. 68 yaşlı A.İbrahimov 5 il bundan öncə açıq ürək əməliyyatı keçirmişdi.

***

12:13

Milli Qəhrəman Mübariz ibrahimovun atası Ağakərim İbrahimov vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, o bu gün infartkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq, A.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026