• Bakı 17° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Zəlzələ zamanı şagirdini məktəbdən belə çıxardı - VİDEO

DÜNYA

16 Oktyabr 2024 | 17:05

Zəlzələ zamanı şagirdini məktəbdən belə çıxardı - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Malatya vilayətində güclü zəlzələ olub. 5,9 maqnitudalı zəlzələ Diyarbəkir, Elazığ, Kahramanmaraş, Tokat və Adıyamanda da hiss olunub.

Bakıvaxtı.az-ın “TRT Haber”ə istinadən məlumatına görə, yeraltı təkanlar zamanı insanlar ev və iş yerlərini tərk edərək küçələrə çıxıblar.

Malatyada zəlzələ anında məktəblərin birində şagirdlərin təhsil müəssisəsini tərk etməsinin görüntüləri yayılıb. Görüntülərdən müəllimin fiziki məhdudiyyətli şagirdi belinə alaraq məktəbdən çıxardığını görmək mümkündür. Həmin video sosial şəbəkələrdə maraqla qarşılanıb.

Qeyd edək ki, zəlzələ nəticəsində insan tələfatı qeydə alınmayıb. Bununla belə, Malatyada 1, Şanlıurfada 1, eləcə də Elazığda 1 olmaqla ümumilikdə 3 bina qismən çöküb.


SON XƏBƏRLƏR