• Bakı 18° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Livan İsraildən BMT Təhlükəsizlik Şurasına şikayət edib

DÜNYA

16 Oktyabr 2024 | 14:53

Livan İsraildən BMT Təhlükəsizlik Şurasına şikayət edib

Livan ölkənin şəhər və qəsəbələrinə hücumlarını davam etdirən İsraillə bağlı BMT Təhlükəsizlik Şurasına məlumat verib və hücumların dayandırılması üçün tədbir görülməsini tələb edib.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, bununla bağlı Livan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada İsrail ordusunun paytaxt Beyrut və digər bölgələrdə mülki yaşayış məntəqələrini ayrı-seçkilik etmədən bombalanmasına reaksiya verilib. 

Bildirilib ki, İsrail ölkənin suverenliyini qurudan, dənizdən və havadan pozmağa davam edir. İsrail ordusunun Livana qarşı hücumlarında sərhəd qapılarını və tarixi tikililəri hədəfə aldığı, mülki itkilərə əhəmiyyət vermədən şəhər və qəsəbələri bombalayaraq sistemli sui-qəsd hücumlarını davam etdirdiyi pislənib.

"İsrail region ölkələrinin və xalqlarının suverenliyinə qarşı tətbiq etdiyi güc və hərbi hücumlarla bölgəyə öz təhlükəsizlik baxışını tətbiq edir. İsrailin bu hücumlar üçün özünümüdafiə üçün irəli sürdüyü səbəblərə dair heç bir dəlil yoxdur. Təl-Əviv BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əməl etməli və hücumlarını dərhal dayandırmalıdır", - açıqlamada qeyd olunub.

Gülşən Şərif


SON XƏBƏRLƏR