• Bakı 12° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

ABŞ Şotlandiyaya casus təyyarələri yerləşdirəcək - İlk dəfə

DÜNYA

15 Noyabr 2024 | 13:06

ABŞ Şotlandiyaya casus təyyarələri yerləşdirəcək - İlk dəfə

​​​​​ABŞ ilk dəfə Şotlandiyanın Lossimut aviabazasında "Poseidon P-8A" kəşfiyyat təyyarəsini yerləşdirəcək.

Bakıvaxtı.az "The Times"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin mətbuat xidməti bəyanat yayıb.

Açıqlamaya görə, bu addım Rusiyanın Şimali Atlantika və Arktikadakı fəaliyyəti ilə bağlı artan narahatlıqlar fonunda atılıb.

"Biz bu yaxınlarda Lossimut aviabazasının modernləşdirilməsi üçün 6 illik müddəti əhatə edən 440 milyon dollarlıq layihəni tamamladıq. Lakin "Poseidon P-8A"  kəşfiyyat təyyarəsinin mövcudluğu ABŞ-nin tamhüquqlu yerləşdirilməsi demək deyil. Müşahidə təyyarələrinin mövcudluğu qüvvələrə dəniz təhlükəsizliyini problemsiz şəkildə təmin etməyə, Böyük Britaniya və NATO-nun müdafiəsini gücləndirməyə imkan verəcək" , - bəyanatda qeyd olunub.

Gülşən Şərif


SON XƏBƏRLƏR

13 Mart 2025