• Bakı 7° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ: tədris dayandırıldı, 100-ə yaxın yaralı - YENİLƏNİB

DÜNYA

16 Oktyabr 2024 | 16:30

Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ: tədris dayandırıldı, 100-ə yaxın yaralı - YENİLƏNİB

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 94 nəfər yaralanıb.

Bakıvaxtı.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Elazığ valisi Numan Hatipoğlu bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində eyni zamanda iki bina ziyan görüb.

Zəlzələ ilə əlaqədar ölkənin Malatya, Elazığ, Şanlıurfa, Batman ve Adıyaman vilayətlərində tədris prosesi bir günlük dayandırılıb.

***

14:20

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 4 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Malatya Valisi Seddar Yavuz jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin şəxslərdən biri eyvandan tullandığına, digərləri isə pilləkanları sürətlə düşdüyünə görə xəsarət alıb.

Həmçinin qeyd olunub ki, zəlzələ nəticəsində üç bina qismən çöküb.

***

12:24

Türkiyədə zəlzələnin baş verdiyi Malatya vilayətində təhsil müəssisələrində tədris birgünlük dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu şəhər valisi Seddar Yavuz bildirib.

O deyib ki, təbii fəlakətin nəticəsi olaraq mənfi məlumat hələ ki yoxdur.

***

12:03

Türkiyədə zəlzələ olub.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, Malatyada 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Bildirilib ki, zəlzələ Şərqi Anadolu, Cənub-Şərqi Anadolu və İç Anadolu vilayətlərində də hiss olunub. 

Zəlzələnin 10,07 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026