• Bakı 12° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Bakıda daha bir küçədə qanunsuz tikili söküldü

CƏMİYYƏT

16 Oktyabr 2024 | 18:33 | Müəllif: Subhan Mahmudov

Bakıda daha bir küçədə qanunsuz tikili söküldü

Ötən gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsindəki obyektdə razılaşdırılmadan artırma işləri faktı aşkar edilib.

Komitədən Bakıvaxtı.az-a verilən məlumata görə, tikinti işlərinin dayandırılması üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı iş icraçısına və aidiyyəti üzrə Nəsimi Rayon İcra Hakimiyyətinə məlumat verilib.

Lakin Baş İdarənin məlumatına baxmayaraq, qanunsuz işlər davam etdirilib.

Bu səbəbdən oktyabrın 16-da Nəsimi Rayon İcra Hakimiyyətinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ciddi xəbərdarlıq olunub, tikinti işlərinin dayandırılması və tikilinin sökülməsi təmin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026