• Bakı 18° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Gimnastikanın ən gənc növü Bakıda

İDMAN

16 Oktyabr 2024 | 15:00

Gimnastikanın ən gənc növü Bakıda

Gimnastika təqvimində payızın əsas hadisələrindən biri bu gün Bakıda start götürən TeamGym üzrə Avropa çempionatıdır. Analoqu olmayan ən gənc gimnastika növü parlaq bir tamaşa vəd edir. Buna görə də Milli Gimnastika Arenasında üç günlük yarışın son dərəcə həyəcanlı olacağı gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, TeamGym Avropa gimnastikasının gənc növlərindən biridir.

Bu idman növü üzrə ilk qitə çempionatı 1996-cı ildə Finlandiyada baş tutub və EuroTeam adlanıb. İlk rəsmi AVRO 2010-cu ildə İsveçdə baş tutub. Burada böyüklər gimnastları ilə yanaşı, yeniyetmələrdən ibarət komandalar da mübarizə aparıblar.

“Azərbaycan 1996-cı ildən etibarən TeamGym üzrə Avropa çempionatına ev sahibliyi edən 14-cü ölkə olacaq. Bakıdakı tədbir bizim 8-ci rəsmi AVRO-muz olacaq”, - Avropa Gimnastikasının TeamGym Texniki Komitəsinin prezidenti Per Şostrand deyir. O, həmçinin qeyd edib: “Azərbaycan ilk dəfə 2018-ci ildə “TeamGym” yarışmasında iştirak edib, indi isə 6 ildən sonra Avropa çempionatında Bakıdayıq”.

O bildirib ki, yarış yeni formatda keçiriləcək. “İsnişmə otağı ilk dəfə olaraq yarışın keçirildiyi arenanın yanında yerləşəcək. Bundan əlavə, münsiflər üçün komandaların çıxışını qiymətləndirə biləcəkləri ayrıca yerlər olacaq. Yüksək səviyyəli tədbirlərin təşkilində çoxillik təcrübəyə malik Azərbaycan Gimnastika Federasiyası zəngin biliklərə malikdir. Biz isə AVRO-nun Bakıda keçirilməsindən məmnunuq”, - Texniki Komitənin rəhbəri deyib.

Şostrand TeamGym-in qitədə inkişaf yolundan məmnunluğunu ifadə dib. “Bu növ təxminən iyirmi ölkədə inkişaf edir, lakin hər il onların sayı daha da artır. Biz buna çox sevinirik, çünki daha əvvəllər “TeamGym” klub turnirləri ilə başlamışdı. İndi də Azərbaycan TeamGym Avropa Çempionatına ev sahibliyi edən 14-cü ölkə olacaq”.
Milli Gimnastika Arenasında on dörd ölkənin - Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Norveç, İsveç, eləcə də ev sahibinin komandaları çıxış edəcəklər. 541 iştirakçı 46 komandaya bölünəcək.

Komandamıza gəlincə, burada Adil Hacızadə, Nihat Muradlı, Elnur Məmmədov, Aydın Əlizadə, Ramin Dəmirov, Rəsul Əhmədzadə, Mənsum Səfərov və Tofiq Əliyev yer alıb. Çingiz Vəliyev əvəzedici olacaq. Onların bəzilərinin artıq TeamGym-də çıxış etmə təcrübəsi var və tamblinq üzrə qitə birinciliyinin gümüş mükafatçısı Tofiq Əliyev hətta bu növ üzrə əvvəlki Avropa çempionatının nəticələrinə görə ulduzlar komandasına daxil edilib.

Şübhəsiz ki, Bakıda keçiriləcək yarış bu tipli yeni ulduzları üzə çıxaracaq, amma əsas olan komanda şəklində uğurlu çıxışdır. Əbəs yerə müsabiqənin şüarı “Bir komanda – bir məqsəd” deyil.


SON XƏBƏRLƏR