• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Rada Zelenskinin “Qələbə planı”nı dəstəklədi

DÜNYA

16 Oktyabr 2024 | 16:52

Rada Zelenskinin “Qələbə planı”nı dəstəklədi

“Ali Rada Ukrayna Prezidenti Volodimir Zelenskinin təqdim etdiyi “Qələbə planı”nı yekdilliklə dəstəkləyir”.

Bakıvaxtı.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bunu Ukrayna parlamentinin spikeri Ruslan Stefançuk Ali Radada brifinqdə deyib. 

Bildirilir ki, Zelenski Ali Radada “Qələbə planı”nı açıqladıqdan sonra parlamentdə qapalı iclas keçirilib. Sözügedən iclasda sənədin icrasına dair Zelenski, parlament, fraksiya və qrup rəhbərləri arasında danışıqlar keçirilib. 

Xatırladaq ki, Zelenski bu gün 5 bənddən ibarət “Qələbə planı”nı təqdim edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026