• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Baydendən İsraillə bağlı XƏBƏRDARLIQ

DÜNYA

16 Oktyabr 2024 | 15:11 | Müəllif: Əli Hüseynov

Baydendən İsraillə bağlı XƏBƏRDARLIQ

ABŞ Prezidenti Co Bayden rəsmi Təl-Əvivə xəbərdarlıq edib.

Bakıvaxtı.az bu barədə "Associated Press"-ə istinadla xəbər verir.

Belə ki, Prezidentin administrasiyası İsraili 30 gün ərzində Qəzzaya daxil edilən humanitar yardımın miqdarını artırmağa çağırıb.  

Məlumata görə, ABŞ-nin dövlət katibi Antoni Blinken və ölkənin müdafiə katibi Lloyd Ostin  israilli həmkarlarına göndərdikləri məktubda bu dəyişikliklərin vacibliyini vurğulayıblar. 

Həmçinin,  ABŞ-nin dövlət departamentinin sözçüsü Metyu Miller  Blinkenin aprel ayında İsrail  rəsmilərinə  göndərdiyi  məktubun humanitar yardımın artırılmasına səbəb olduğunu qeyd edib.

Eyni zamanda Miller hazırda yardımların 50 faizədək azaldığını nəzərə çatdırıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026