• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Zelenskinin “qələbə planı"

DÜNYA

16 Oktyabr 2024 | 15:03 | Müəllif: Əli Hüseynov

Zelenskinin “qələbə planı"

Ukrayna Prezidenti Vladimir Zelenski müharibədə qalib gəlmək üçün hazırladığı  planı ölkə parlamentinə təqdim etməyə hazırlaşır. 

Bakıvaxtı.az AP-yə  istinad edərək bildirir ki, plan ümumilikdə hərbi, siyasi, diplomatik və iqtisadi elementləri əhatə edir və çoxları tərəfindən Ukraynanın Rusiya ilə gələcək atəşkəs danışıqlarını gücləndirmək üçün son çarə kimi qəbul edilir. Lakin indiyə qədər heç bir ölkə bu planı açıq şəkildə dəstəkləməyib və ya onun həyata keçirilməsinin mümkünlüyü haqqında şərh verməyib.

Həmçinin Zelenski bildirib ki,“qələbə planı”nı gələn il yeni ABŞ prezidentinin and içməsindən əvvəl həyata keçirməkdə israrlıdır. Buna baxmayaraq, Ukrayna rəsmiləri bildirir ki, prezidentlik üçün namizədlərin heç biri müharibədə Kiyev üçün müsbət dəyişikliklər edə bilməz.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026