• Bakı 6° C

    10.26 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Naxçıvana dotasiya azaldılır

İQTİSADİYYAT

16 Oktyabr 2024 | 15:21

Naxçıvana dotasiya azaldılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 320,5 milyon manatı və yaxud 0,8 %-i Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşəcək.

Bakıvaxtı.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,8 % azdır.

Naxçıvana dotasiya ümumi dövlət xidməti xərclərinin 6,1 %-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026