"Səudiyyə Ərəbistanının Türkiyə ilə çoxşaxəli əməkdaşlığı artıb və ticarət 6,8 milyard dollara yüksəlib".
Bakıvaxtı.az xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Səudiyyə Ərəbistanının Xarici İşləri üzrə dövlət naziri Adil əl-Cubeyr deyib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında iqtisadiyyat, enerji, siyasi və hərbi sahədə çoxlu ortaq maraqlar var:
"Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı əlaqələr gözəl bir əlaqədir. Bu əlaqələr hərtərəfli və son dərəcə dərindir. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməyi hədəfləyirik".
Gülşən Şərif