• Bakı C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı AÇIQLANDI

İQTİSADİYYAT

13 Dekabr 2024 | 15:53

Dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı AÇIQLANDI

İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə 6 121 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, bunun da 1 735-i cari ildə bağlanmış müqavilələrin payına düşür.

Bakıvaxtı.az Fonda istinadən xəbər verir ki, mexanizmiən faydalanan vətəndaşların 60 %-dən çoxu gənclər və gənc ailələrdir.

İndiyə qədər vətəndaşlara 14 ünvanda mənzillər təqdim edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isə Sumqayıt şəhərində yerləşir.

Mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla təmir olunaraq, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.


SON XƏBƏRLƏR

15 Yanvar 2025